Maliyyə və İnvestisiya Layihələri üzrə Konsultasiya

Bir çox hallarda şirkətlər haraya, nə vaxt və necə investisiya edəcəklərini qərarlaşdıra bilmirlər. Bəzən isə verdikləri qərar düzgün olsa da, onu icra etmək və nəticə əldə etmək mümkün olmur. İnvestisiya maliyyələşməsi və onun icrasına nəzarət investisiya qoyuluşu qədər çətin bir prosesdir. Bu prosesi planlaşdırmaq, maliyyə və digər resursların bölgüsünü və idarəedilməsini düzgün təşkil etmək əsas amillərdəndir. Biz əldə etdiyimiz təcrübəyə əsaslanaraq layihələrin planlaşdırılmasından icra mərhələsinədək investorun yanında olur və maliyyə nəzarətinin aparılmasına yaxından dəstək oluruq.